Leps 20 yaşlı sevgilisindən övlad sahibi olmaq istəyir

Leps 20 yaşlı sevgilisindən övlad sahibi olmaq istəyir
1183 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Qriqori Leps 20 yaşlı sevgilisindən övlad sahibi olmaq istədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Beşinci kanala" müsahibəsində deyib.

“Əlbəttə övladım olmasını istəyirəm. Hətta düşünürəm ki, bu olacaq. Demək olar ki, bundan əminəm" deyə, 61 yaşlı Leps vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Leps və onun keçmiş həyat yoldaşı Anna Şaplıkova 20 illik evlilikdən sonra boşanıblar. Bu evlilikdən onların üç uşaq dünyaya gəlib: qızları Eva və Nikol və oğları İvan. Qriqori Lepsin Svetlana Dubinskaya ilə ilk evliliyindən 36 yaşlı İnqa adlı böyük qızı da var. Keçən il Qriqori Leps ilk dəfə baba olub.

Leps ilk dəfə avqustun əvvəlində adı məlum olmayan 20 yaşlı qızla münasibətdə olduğunu etiraf edib.