Bir daha ana ola bilməyəcəyini demişdi, amma...

Bir daha ana ola bilməyəcəyini demişdi, amma...
3169 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İpek Açarın ikinci övladı olacaq.

Axşam.az xəbər verir ki, 45 yaşlı ifaçının 5 aylıq hamilə olduğu ortaya çıxıb. 

Qeyd edək ki, 2019-cu ildə musiqiçi Alper Kömürçü ilə ailə quran İpek daha əvvəl bir daha övladı ola bilməyəcəyini açıqlamışdı. O, 3 ildir müalicə aldığını bildirmişdi. Cütlük övladlığa uşaq götürməyi də planlaşdırırdı. 

Onu da qeyd edək ki, İpekin mərhum türk müğənnisi və bəstəkarı Kayahanla evliliyindən 23 yaşlı 1 qızı var.