Amerikalı 41 yaşlı məşhur aktrisa Sienna Millerin ikinci övladı dünyaya gələcək.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu, aktrisanın İspaniya istirahəti zamanı üzə çıxıb. Hamilə olan Miller 26 yaşlı aktyor sevgilisi Oli Qrinlə Sen-Tropedə dincələrkən paparatsilərin hədəfinə tuş gəlib.
Qeyd edək ki, Siennanın keçmiş sevgilisi Tom Starrikdən 10 yaşlı Marlou adlı qızı var.