Sirrozdan əziyyət çəkən aktyorla eks-xanımı arasında dava

Sirrozdan əziyyət çəkən aktyorla eks-xanımı arasında dava
2842 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il həyat yoldaşı Nazan Güneşdən boşanan türkiyəli aktyor Ufuk Özkan aliment pulundam gileylənib.

Axşam.az xəbər verir ki, sirrozdan əziyyət çəkən aktyor "xəstəliyiniz dövründə eks-xanımınızla görüşürdünüz?" sualına istehza ilə cavab verib:

"Aliment ödəmə vaxtlarında bir araya gəlirik. Özü də həddindən artıq görüşürük! Fikrimcə, ən yüksək aliment ödəyən bir neçə kişidən biriyəm. Məncə, bu sistemdə problem var".

Ufukun bu açıqlamasından sonra Nazanın ona cavabı gecikməyib. O, ailə qurduqdan sonra aktyorun istəyi ilə peşəsini buraxmalı olduğunu deyib. Nazan bu səbəbdən rastlaşdığı çətinlikləri belə ifadə edib:

"Ufukun hazırda dedikləri alimenti azaltmaq üçün olan cəhdlərdən başqa bir şey deyil. O, mənə 45 min lirə (təxminən 2812 manat) məbləğində ödəniş edir. O, bu məbləği 35 min lirəyə (təxminən 2187 manat) endirmək istəyir. Amma kirayədə yaşayırıq. Övladımız özəl məktəbə gedir. Ufuk özünü Cem Yılmaz, Acun Ilıcalı ilə müqayisə edir. Ancaq adını çəkdiyim insanlar keçmiş həyat yoldaşlarına ev verdilər, onlara qarşı insaflıdırlar. Amma bu, bizdə belə deyil. Hazırda mənim alimentimə artım edilməli olan ay yaxınlaşıb. Aramızda razılaşmağa razıyam, amma kirəyə qiymətlərini bilirsiniz. Övladımızın isə təhsilini bitirməyinə iki il qalıb. Deyir ki, özəldən alıb dövlət məktəbinə qoy. Amma Ufuk özü heç bir lüksdən imtina etmir.

Hazırda işləmək məcburiyyətindəyəm. Onun hesabına yaşamaq fikrində deyiləm. Əsla pulgir adam olmadım. Lakin onun dərdi bu krizli vaxtlarda daha az aliment ödəməkdir. 

Əslində Ufuk ilk dəfə deyil ki, xəstəxanaya düşür. İllər ərzində çox sayda müalicələr alıb. Bu, dördüncü idi. Birlikdə çox çətinliklərin öhtəsindən gəldik. Mən tükəndim, gördüm ki, özüm də xəstələnirəm. Uşağım da xəstələnəcək. Boşanmaq məcburiyyətində qaldım. 

Əvvəlcə 3 ay aliment ödəmədi. Sonra 2 ay. Davamlı olaraq məhkəmələrdə qalıram. Alimenti ödəməyərək mənə və övladımıza ekonomik şiddət tətbiq edir. 17 illik evliliyimiz ərzində həmişə işləyib. İndi isə o pullar yoxdur. Pulları heç vaxt əlində saxlamadı". 

Qeyd edək ki, Ufuk ötən ilin avqustunda Nazandan boşanıb. İkilinin bir oğlu var. O, hazırda "Sağ salim, ölü, ya diri" filmində çəkilməyə hazırlaşır. Bir müddət əvvəl qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi.