Türkiyəli aktyor Olgun Şimşek qəzaya düşüb.
Axşam.az xəbər verir ki, hadisə Bodrumda yaşanıb. Olgunun idarə etdiyi cip əks istiqamətdə gələn maşınla toqquşub. Hadisə nəticəsində aktyor və digər maşının sürücüsü yaralanıb. Xəstəxanada ilkin müayinə edilən Olgun daha sonra evə buraxılıb.
Qeyd edək ki, aktyor hazırda "Terzi" serialında rol alır.

