Türkiyəli aktyor Bülent İnalın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Hayatla barış" filmində rol alacaq. O, "Yılmaz" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, filmdə baş rollar Taner Ölmez və Biran Damla Yılmaza həvalə olunub.
Bülent son olaraq "Payitaht Abdülhamid" serialında çəkilib.
