8 ildən sonra boşana bildilər

8 ildən sonra boşana bildilər
1186 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Holli Berri 8 illik məhkəmə çəkişmələrindən sonra üçüncü əri Olivye Martinezdən rəsmən boşanıb.

Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Jurnalistlərə məhkəmə sənədlərindən məlum olduğu kimi, Olivye aktrisaya aliment kimi ayda 8 min dollar ödəyəcək. 

O, həmçinin oğlunun özəl məktəbdə təhsil haqqını, uniforma və məktəb ləvazimatlarınə, tibbi sığortasını və bütün qeyri-tibbi xərclərinin 100%-ni ödəməlidir.

90 milyon dollar sərvəti olan Berri isə könüllü olaraq Martinezin vəkillərinin qonorarı üçün 55 min dollar verməyə razılaşıb.