Hollivud aktrisası Drü Berrimorla Nyu Yorkdakı mədəniyyət mərkəzində baş tutan müsahibənin çəkilişi zamanı xoşagəlməz hadisə ilə qarşılaşıb.
Axşam.az xəbər verir ki, ətrafda olan Çad Maykl Busto adlı şəxs aqressiv formada aktrisanı salamlamasının ardından müsahibə yarıda kəsilib. Dryu onun salamını alsa da, o, səhnəyə yaxınlaşaraq öz adını qışqırmağa başlayıb və Drüyə hücum etməyə cəhd göstərib.
"New-York Post"un məlumatına görə, Çad polis tərəfindən evində saxlanılaraq həbs edilib. Ona qarşı hansı ittihamların irəli sürüldüyü hələlik açıqlanmayıb.
Çadın əvvəllər də müxtəlif səbəblərdən həbs olunduğu ortaya çıxıb.