Hollivud aktrisası Drü Berrimorun bu dəfə evinə basqın edilib.
Axşam.az xəbər verir ki, ötən günlərdə müsahibə əsnasında aktrisaya səhnədə hücum etməyə cəhd göstərən Çad Maykl Busto adlı şəxs bu dəfə onun Hemptonsdakı evinə icazəsiz daxil olub. Polis onu taparaq həbs edib.
Qeyd edək ki, daha əvvəl Çad onunla görüşmək istədiyini deyərək Drüyə hucum etməyə cəhd göstərib. Lakin o mühafizə tərəfindən oradan uzaqlaşdırılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.