Pablo Pikassonun oğlu da vəfat etdi

Pablo Pikassonun oğlu da vəfat etdi
1396 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaşöhrətli mərhum ispan rəssam Pablo Pikassonun kiçik oğlu Klod Ruiz Pikasso 76 yaşında İsveçrədə vəfat edib.

Axşam.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb. Klod 1989-cu ildən bu ilin iyuluna qədər atasının mülkünü idarə edib və daha sonra bu vəzifəni kiçik bacısı Palomaya təhvil verib.

Qeyd edək ki, Klod və Paloma Pikassonun sevgilisi Fransuaza Gilotdan olan övladlarıdır. O, isə bu ilin iyununda 101 yaşında dünyasını dəyişib.

Rəssamın balet artisti Olqa Xoxlova ilə evliliyindən böyük oğlu Pavel 1975-ci ildə, fransız model Mari-Terezi Uolterdən olan qızı Maya isə 2022-ci ildə dünyasını dəyişib.