Məşhur reper Timati Rusiyada "Domino's Pizza" "fast food" şəbəkəsini satın alıb.
Axşam.az xəbər verir ki, "ReBro" teleqram kanalının məlumatına görə, reper ortağı Anton Pinski ilə birgə avqustun 30-da yeni layihələrini təqdim edəcəklər.
"Gazeta.ru" sözügedən şirkətin təxminən 520 milyon rubl itkisi olduğunu açıqlayıb.
Qeyd edək ki, Timati daha əvvəl Anton ilə məşhur qəhvə şirkəti "Starbucks"ın Rusiyadakı aktivlərini alaraq yeni adla istifadəyə verib.