"Kızılcık şerbeti" ilə bağlı qərar yenə dəyişdi

"Kızılcık şerbeti" ilə bağlı qərar yenə dəyişdi
2479 dəfə oxunub
  • A-
  • A
  • A+

"RTÜK"ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"nin "Kızılcık şerbeti" serialı ilə bağlı yayımını əngəlləyən qərarında dəyişiklik edilib.

Axşam.az xəbər verir ki, məhkəmə yayım şirkətinin etirazını haqlı hesab edib və serialın geridə qalan 3 həftə ekranlaşdırılmaması ilə bağlı qərarı ləğv edib.

Qeyd edək ki, ekran işində qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Bunun ardınca RTÜK serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə edib. Qərara əsasən layihə 2 həftə ardıcıl yayımlanmayıb və telekanal bununla bağlı məhkəməyə müraciət edib.