Diananın boşanmadan əvvəl yazdığı məktub satılır - Foto

Diananın boşanmadan əvvəl yazdığı məktub satılır - Foto
1555 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Diananın yeni tapılan məktubu Beverli Hillsdəki "Julien's" hərrac evində avqustun 31-də satışa çıxarılacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məktub onun kral III Çarlzdan boşanmasından təxminən bir ay əvvəl yazılıb.

Diana kağız parçasındakı Yeni Zelandiya Kral Korlar Fondunun sədrinə yazdığ müraciətində böyük kədərlə xeyriyyə təşkilatına himayədarlıq etməkdən imtina etdiyini açıqlayıb və buna səbəb kimi şəxsi vəziyyətini, xüsusən də Uels şahzadəsi ilə evliliyini göstərib.

Diana izah edib ki, o, həyatını yenidən qurmaq məcburiyyətində qalacaq və buna görə də təşkilatın layiq olduğu sədaqət səviyyəsini, dəstəyi təmin edə bilməyəcək. 

Məktub 15 iyul 1996-cı ildə yazılıb. Şahzadə Diana və Çarlz həmin il avqustun 28-də boşanıblar.

Onun hansı qiymətə satılacağı barədə isə hələlik məlumat yoxdur.