Till Lindemanna qarşı istintaq bağlandı

Till Lindemanna qarşı istintaq bağlandı
376 dəfə oxunub
  • A-
  • A
  • A+

Berlin prokurorluğu "Rammstein" qrupunun solisti Till Lindemanna qarşı istintaqı bağlayıb.

Axşam.az xəbər verir ki, bu barədə Berlin prokurorluğunun nümayəndələrinin bəyanatına istinadən "Berliner Zeitung" nəşri məlumat yayıb.

Musiqiçi pərəstişkarlarına qarşı cinsi zorakılıqda günahlandırıldı.

İfaçının vəkilləri isə iddia edirdilər ki, bəzi üçüncü şəxslər zərərçəkmişlər adı altında prokurorluğa müraciət ediblər və onların ifadələri internetdəki mesajlara əsaslanır.

Qeyd edək ki, musiqiçi ilə bağlı istintaq bu ilin yayında başlayıb. Lindemanı zorakılıqda günahlandıran qızlar konsertlər zamanı qrupun nümayəndələri ilə özəl məclislərə dəvət aldıqlarını və narkotik təsiri altında olan müğənninin xanımlara münasibət qurmağı təklif etdiyini bildirmişdilər.