"Ciqan" ləqəbi ilə tanınan rusiyalı repçi Denis Ustmenko Vaynşteyn öz səhnə adını patentləşdirməyə hazırlaşır.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, ifaçı artıq bunun üçün ərizə də təqdim edib.
Reper öz brendi adı altında tütün, siqaret və siqarların, elektron siqaretlərin, kibritin satışı ilə, həmçinin, təhsil, idman, mədəni tədbirlərin təşkili, biznes, reklamla məşğul ola biləcək.
Qeyd edək ki, Ciqan hazırda musiqi ilə yanaşı, fitnes layihələrindən, çəkilişlərdən və həyat yoldaşı Oksana Samoylova ilə yaratdığı "Fit For You" xidmətindən gəlir əldə edir.