"Serial yox, dəfilə izləyirik" - Esra əsəbiləşdi

"Serial yox, dəfilə izləyirik" - Esra əsəbiləşdi
2608 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Esra Dermancıoğlunun son paylaşımı gündəm olub.

Axşam.az xəbər verir ki, aktrisa ölkədəki serial sektorundan şikayətlənib. Esra ekran işlərində 20 yaşlı aktrisalardan və həmin yaşda yaşanan sevgi münasibətlərindən artıq bezdiyini, digər yaş qruplarından olanların da bu hissləri yaşaya biləcəyini vurğulayıb. 

"Türkiyədə 40-dan çox yaşı olan qadın və kişilər yaşayır, bilirsiniz? Biz artıq televiziyada serial izləmirik. Mən bu sənətə başlayanda bu qədər iş yox idi. Biz dəfilə seyr edirik. Bunlar serial deyil. 34 bədən ölçüsü olan qızları geyndirirlər, sanki podiuma çıxacaqlar. Nə bir hekayə var, nə də başqa bir şey. 50 yaşlıları ümumiyyətlə məzara qoyublar. 45 yaşlı birinin həyat hekayəsinin izlənilməyəcəyini düşünürlər. Belə deyil, baxacaqlar. Bu ölkədə 20-27 yaşlı insanlardan başqa orta yaşlılar da yaşayır" deyə, aktrisa bildirib.