Bikinili şəkli aktrisaya baha başa gəldi

Bikinili şəkli aktrisaya baha başa gəldi
2109 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Leyla Tanların bikinili şəkli müzakirələrə səbəb olmuşdu.

Axşam.az xəbər verir ki, aktrisanın paylaşımı ilə əlaqədar yeni bir iddia ortaya çıxıb. Bildirilib ki, "TRT1" telekanalı "Selahaddin Eyyubi" serialı üçün Leyla ilə razılığa gəlsə də sözügedən şəkildən sonra müqaviləyə xitam veriblər. Aktrisa fotonu instaqram hesabından silsə də sosial mediada yayılması yayım şirkəti tərəfindən birmənalı qarşılanmayıb.

Telekanal hələlik iddia ilə bağlı hər hansı açıqlama yayımlamayıb.

Qeyd edək ki, serialda digər baş rol aktyor Uğur Güneşə həvalə olunub. Leylanın isə "Süreyya" obrazını canlandıracağı deyilirdi.