Qalkinə daha bir zərbə Qazaxıstandan gəldi

Qalkinə daha bir zərbə Qazaxıstandan gəldi
808 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkinin Qazaxıstandakı konserti də ləğv olunub.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb:

"Qazaxıstanda planlaşdırdığım konsertlə bağlı problemlərim var. Orada dövlət səviyyəsində mənim Astana və Almatıdakı konsertlərimə hər cür müdaxilə edirlər. Başa düşürəm, yəqin ki, Qazaxıstanın hakimiyyət orqanları üçün hansısa şəkildə qorxuluyam ki, məndən bu qədər çəkinirlər. Nə vaxtsa oradakı pərəstişkarlarımın yanına gələcəyəm, amma bu dəfə deyil".

Qeyd edək ki, Rusiyada xarici agent siyahısına salınan Qalkinin bir neçə gün əvvəl Estoniyadakı konserti də ləğv olunmuşdu.