Berlin Dövlət Operası 2022-ci ildə müqaviləsinə xitam verdiyi Rusiyanın Xalq artisti Anna Netrebko ilə əməkdaşlığını yeniləmək qərarına gəlib.
Axşam.az xəbər verir ki, operanın yaydığı məlumatda əks olunub ki, Netrebko Ukraynada baş verənləri qəti şəkildə pisləyən aydın mövqe tutub, hər hansı siyasi partiyanın üzvü və Rusiya liderlərindən heç birinin müttəfiqi deyil.
Qeyd edək ki, Netrebko sentyabrın 15-də Berlində səhnəyə çıxacaq.
Onu da əlavə edək ki, A.Netrebko Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun həyat yoldaşıdır. O, Rusiya-Ukrayna arsındakı müharibədən sonra müvqeyni açıqlamadığı üçün bir çox teatr tərəfindən müqavilələrinə xitam verilmişdi.