Türkiyəli aktyor Mehmet Aslantuğ haqqında çıxan eşq iddialarına son qoyub.
Axşam.az xəbər verir ki, aktrisa Arzum Onanla 27 illik evliliyinə son qoyan Mehmetin Pınar Sipaloğlu adlı qadınla sevgili olduğu məlumatları yayılıb. Xəbərlərə əsəbiləşən aktyor belə bir halın olmadığını bildirib:
"Nə eşq adamıyammış... Gülüm, yoxsa ağlayım bilmədim. Yenə heç tanımadığım bir qadın, yenə hər yerdə yalan xəbərlər. Niyə zəng vurub soruşmursunuz? Sonra da "niyə açıqlama verməlisiniz" deyə, soruşurlar. Bu, nədir? Necə bir iş mədəniyyətidir? Zəng edin, soruşun".