"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas boşanır.
Axşam.az xəbər verir ki, müğənni artıq vəkilləri ilə görüşüb və lazımi sənədləri məhkəməyə təqdim etmə mərhələsindədir. Cütlüyün son altı ayda münasibətlərində ciddi problemlər yaşadığı bildirilib. Hətta Co bir müddət nikah üzüyü olmadan görüntülənib.
Digər bir diqqət çəkən nüans isə 1 il əvvəl Mayamidə aldıqları malikanələri satmalarıdır.
Qeyd edək ki, Sofi və Co 2019-cu ildə evlənib. Onların iki qız övladı var.