Yusif Eyvazov teatr kollektivini bir araya yığdı

Yusif Eyvazov teatr kollektivini bir araya yığdı
1824 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə bir araya gəlib.

Axşam.az xəbər verir ki, Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini təqdim edib. R.Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri  Xalq artisti, bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin sentyabrın 18 və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.

Daha sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır. Opera ifaçısı teatrın xaricdə qostrol səfərlərinə yollanacağını vurğulayıb.

Direktor əlavə edib ki, teatrda uzun illər ərzində səmərəli fəaliyyət göstərən, yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşların fəxri adlara layiq görülməsi məsələsinə də çox ciddi yanaşılacaq.

"Milli və unudulmuş operalarımızın bərpası da qarşıda dayanan məsələlərdən biridir. Biz həmin operaları dünyanın ən tanınmış səhnələrində nümayiş etdirməliyik. Məsələn, biz İtaliyanın Arena di Verona Teatrında milli opera sənətimizin incisi olan "Koroğlu" operasını göstərə bilərik" deyə, Y.Euvazov söyləyib.