Məşhur memar Tural Namazov "Lamborghini" hədiyyə edəcək" - Fotolar

Məşhur memar Tural Namazov "Lamborghini" hədiyyə edəcək" - Fotolar
4187 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu günə kimi respublika üzrə 11 ən məşhur layihənin memarı olan Tural Namazov qırmızı "Lamborghini" hədiyyə edəcək. Tanınmış memar T. Namazovun sahibi olduğu "REDesign Studio"nın ikinci ofisinin açılışı təmtəraqlı keçirilib. Açılışda memarlar, tanınmış iş adamları, jurnalistlər, blogerlər iştirak ediblər. 

Axşam.az xəbər verir ki, Ağ şəhərdə yerləşən ofisin açılışı zamanı illərdir memar kimi fəaliyyət göstərən Tural Namazov yeni ofisindən, dizaynerlərindən bəhs edib:

"Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxumuşam. Memarlıq və İnşaat Universitetində ali təhsil almışam. Uzun müddət memar və konstruktor kimi çalışmışam. Bir çox böyük layihələrdə iştirak etmişəm. Onlar arasında "Şahdəniz 2", "ADA Universiteti" də yer alır. 2 ilə yaxındır öz şirkətimi qurmuşam. İkinci ofisə tələbatın yarandığını hiss etdim və indi buradayam. İnanıram ki, üçüncü, dördüncü ofisimiz də olacaq. Nələr edəcəyimiz, hansı işlər görəcəyimizlə bağlı planlarımız böyükdür. Bir gün Azərbaycanda hər bir binada "REDesign Studio"nın imzası olacaq. Bu günə kimi sosial şəbəkədə paylaşım etmirdik. Amma bundan sonra müştərilər əl işlərimizlə tanış ola bilərlər. Əminəm ki, bizim ən az 15 dizaynımız dünya trendinə düşəcək".

N.Tural  ofis daxilində qoyulan "Lamborghini" markalı avtomobildən də söz açıb. O bildirib ki, qırmızı rəngli bahalı maşın şirkətdə çalışan dizaynerlərdən ən yaxşısına 4 il sonra hədiyyə olunacaq:

"Bir əməkdaşımızın kompüterinin əsas fotosu kimi maşın şəkli qoyduğunu gördüm. Soruşanda isə dedi ki, ona baxıb stimul alıram və bir gün onun sahibi olacağam. Qərara gəldim ki, işçilərimə daha da motivasiya vermək üçün bu addımı atım. Ofisin qarşısına, vitrinə qırmızı rəngli "Lamborghini" qoydum. Bu gündən etibarən dörd il müddətində şirkətdə çalışan dizaynerimiz müştərilər tərəfindən dəyərləndiriləcək. Ən çox səs toplayan dizaynerimizə qırmızı "Lamborghini" hədiyyə olunacaq. Universiteti bitirən qırmızı diplom alır. Bizim əməkdaşların isə qırmızı diplomu bu maşın olacaq".

Memar şirkətdə çalışan dizaynerlərin hansı şərtlərlə seçilməsindən də söz açıb:

"İlk əvvəl işlərinə baxıb seçirik. Ən önəmlisi isə onların yaradıcılığıdır. Özlərinin ideyası, fərqli düşüncəsi olmalıdır. Müəyyən müddət praktikadan keçirilir və işlərinin uyğun olub-olmadığı yoxlanılır. Uzun illər tanıdığım dizaynerlərim də var. Biz ofisdaxili nizam-intizama önəm veririk. Burada onlara rahatlıq vermək lazımdır. Çünki dizaynerlik peşəsi istedad, düşüncə tələb edir". 

Gələcək planlarından danışan T.Namazov növbəti ofisin Birləşmiş Ərəb Əmirliklərində açılacağını da vurğulayıb:

"Yarı xəyal, yarı plan odur ki, növbəti ofisimizi Dubayda açaq. Orada isə uduşa helikopter qoymaq niyyətindəyik".

T. Namazov tanınmış bloger, həyat yoldaşı Elmira Namazova ilə bağlı sualları cavablandırarkən "Kamera arxasında olmağı sevirəm. Elmiranın bütün işlərində arxa planda dəstək oluram. Mənim də işlərimdə o mənə dəstəkdir, yanımdadır. Sosial mediada tanınmaq Elmiranın seçimidir, buna hörmət edirəm. Və hər zaman ona dəstək olmuşam. Mənim seçimim deyil. Öz işlərimlə tanınmaq istəyirəm. Bizim bütün dizaynlarımıza ilk növbədə Elmira baxır" sözlərini vurğulayıb. 

"Xidmətləriniz insanlar üçün hansı dərəcədə əlçatandır" sualına isə tanınmış memar belə cavab verib:

"Şirkətin dəbdəbəli görünüşü insanların gözünü qorxuda bilər. Bu, bizim özümüzə qoyduğumuz hörmətdir. Qiymətə aidiyyəti yoxdur. Ən yaxşı ofisdə otururuq. İki il əvvəl hansı qiymətlə çalışırdıqsa, indi də elədir. Heç də bahalı deyil. Şirkətimiz Azərbaycanda tanınan şirkətlərdən daha aşağı qiymətlərlə çalışır. Bizdə şişirdilmiş qiymətlər yoxdur. Əsas məqsədim pul qazanmaq yox, şirkət qurmaqdır. Gələcəkdə övladlarım memar olmaq istəsə, onların 20, 25, 30 illik şirkəti olsun". 

Tural bildirib ki, ofisdə müştərilərə təkcə dizayn yox, bir çox xidmətlər də təqdim edilir:

"Ofisimizdə hər şey var, dizaynı hazırlayırıqsa, açarı təhvil verənə qədər nəzarətimizdədir. Əgər hansısa bir məhsul Azərbaycanda yoxdursa, xaricdən gətiririk. Azərbaycanda əməkdaşlıq quran ən böyük şirkətik. Xaricdə yüzlərlə əməkdaşımız var".

"REDesign Studio"nın ünvanı: Ağ şəhər, Park rayonu, 1-ci Şərq küçəsi 5 

Əlaqə nömrəsi: (+994 51) 894 76 66

İnstaqram: @redesign_studio