"Smash Mouth" qrupunun solisti Stiv Harvell qaraciyər çatışmazlığından əziyyət çəkir.
Axşam.az xəbər verir ki, "Entertainment Weekly" nəşrinin yaydığı məlumata görə, 56 yaşlı müğənninin ömrünün bitməsinə 1 həftə qalıb.
Bildirilib ki, Stivin xəstəliyi son mərhələyə çatıb.
Qeyd edək ki, on il əvvəl ifaçıya kardiomiopatiya diaqnozu qoyulub. Xəstəliyə görə onda ürək çatışmazlığı, eləcə də ifaçının yaddaşına və nitqinə mənfi təsir göstərən Vernik ensefalopatiyası yaranıb. Stiv uzun müddət alkoqol asılılığından müalicə alıb.
2021-ci ildə o qrupdan ayrılmaq qərarı alıb.