Bü gün ömrünün bitməsinə 1 həftə qaldığı açıqlanan "Smash mouth" rok qrupunun aparıcı vokalisti və solisti kimi tanınan amerikalı müğənni Stiven Harvel vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı sənətçi xroniki qaraciyər çatışmazlığından evində dünyasını dəyişib.
Qeyd edək ki, 2013-cü ildə müğənniyə kardiomiopatiya (ürəyin qanı pompalaya bilməməsi) diaqnozu qoyulmuşdu.
Stiv uzun müddət alkoqol asılılığından müalicə olunurdu.
2021-ci ildə o qrupdan ayrılmaq qərarı alıb.