Xəbər verdiyimiz kimi, amerikalı aktyor Kevin Kostnerlə həyat yoldaşı Kristin Baumqartner boşanır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Kristi Baumqartnerə uşaqların saxlanması üçün müvəqqəti olaraq ayda 129 min dollar ödəmişdi. Daha sonra isə qadın təzminatı 161 min dollara çatdırmaq üçün məhkəməyə müraciət etmişdi.
Ötən gün aktyor Kristinin qaldırdığı iddiaya qalib gəlib.
Hakimin yeni qərarına əsasən, indi aktyor uşaqlara ayda 61 min dollar ödəməlidir.
Qeyd edək ki, Kostner və Baumqartner 18 ildir evlidirlər. Bu, aktyorun ikinci evliliyi olub. O, 1978-1994-cü illərdə Kristin ilə nikahda olub və bu evlilikdən də üç övladı var. Kostnerin 1996-cı ildə Bridzhit Runidən dünyaya gələn daha bir oğlu var.