Övladları birinci sinfə getdi - Fotolar

Övladları birinci sinfə getdi - Fotolar
6499 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyevanın qızı və müğənni Elçin Cəfərovun oğlu birinci sinfə gedib. 

Axşam.az xəbər verir ki, Elçin övladı Canın fotosunu yayımlayaraq ötən gün onu məktəbə yola saldıqlarını qeyd edib. 

İfaçı şəklə "Canın ilk dərs günü. Biz sənə inanırıq" sözlərini yazıb. 

Safurə isə qızı Aişənin Türkiyədə birinci sinfə yollandığını vurğulayıb. 

Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Safurə isə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir.