Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest həyat yoldaşı Bianka Censorinin Venesiyada qayıq kirayələməsi ömürlük qadağan edilib.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Bildirilib ki, buna səbəb cütlüyün ötən həftə Venesiyada qayıqda qeyri-etik hərəkətlər edərkən görüntülənməsi olub.
Fotolar yayıldıqdan sonra şəhərin qayıq icarəsi şirkəti sözügedən qərarı qəbul edib.

