Türkiyəli aktyor yolda infarkt keçirdi

Türkiyəli aktyor yolda infarkt keçirdi
642 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Mustafa Uzunyılmaz infarkt keçirib.

Axşam.az xəbər verir ki, 63 yaşlı aktyorun vəziyyəti yolda gedərkən pisləşib və Bayrampaşadakı özəl xəstəxanalardan birinə yerləşdirilib. İnfarkt keçirən Mustafanın ürəyinə stent qoyulub.

Qeyd edək ki, aktyor "Vay anam vay, "Süper babaanne", "Geniş aile", "Bir zamanlar Osmanlı" ve "Evdeki Yabancı"  kimi ekran işlərində rol alıb. O, 2009-cu ildə 16-cı Adana Qızıl Koza Film Festivalında "Kız kardeşim" filmindəki "Kazım" roluna görə "Ən Yaxşı Köməkçi aktyor" mükafatı alıb.