Estoniya polisi rusiyalı aktyor Aleksey Panini sərxoş halda əlbəyaxa dava saldıqdan sonra saxlayıb.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor oteldə öz nömrəsinə gəldiyini düşünərək Tallində yad adamların olduğu otağa girib və onlarla dava edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sənətçini saxlayaraq ayıqlıq məntəqəsinə aparıblar. Aktyorun Rusiyaya deportasiya olunacağı deyilir.
Qeyd edək ki, Rusiyanın Daxili İşlər Nazirliyi Aleksey Panini axtarışa verib. Barəsində terrora haqq qazandırmaq maddəsi ilə cinayət işi başlanan aktyor 5 ilə qədər həbs oluna bilər.