"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva istirahət üçün Monteneqroya yollanıb.
Axşam.az xəbər verir ki, həyat yoldaşı Fərhad Əliyevlə birlikdə Budvada dincələn müğənni fotolarını instaqramda paylaşıb. Safurə mənfi şərhlərin qarşısını almaq üçün şəkillərdəki şərh bölümünü bağlayıb.
Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Safurə və Fərhadın 3 övladı var. Cütlük Türkiyədə yaşayır.