Beynəlxalq festivalın münsiflər heyətində o da olacaq - Fotolar

Beynəlxalq festivalın münsiflər heyətində o da olacaq - Fotolar
629 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 8-dən 16-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Belarusun Brest şəhərində keçiriləcək XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalının münsiflər heyətində iştirak edəcək.  

Axşam.az xəbər verir ki, Rusiya, Bolqarıstan, Qazaxıstan, Sloveniya, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrini birləşdirən ənənəvi festivalda həm də Musiqili Teatrın yeganə mono-tamaşası – "Utancaq qız" (F.Dostoyevski) oynanılacaq.  

Əsər sentyabrın 10-da tanınmış aktyor, Əməkdar artist Şövqi Hüseynovun ifasında Brest Akademik Dram Teatrının səhnəsində təqdim olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əliqismət Lalayev olan bu səhnə əsəri indiyə qədər bir çox nüfuzlu beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.