Freddi Merkurinin royalı rekord qiymətə satıldı - Foto

Freddi Merkurinin royalı rekord qiymətə satıldı - Foto
1229 dəfə oxunub
  • A-
  • A
  • A+

1991-ci ildə vəfat edən İngiltərənin məşhur “Quenn” qrupunun üzvü Freddi Merkurinin şəxsi əşyaları “Sotheby's” hərrac evində satışa çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hərracda ifaçının royalı rekord məbləğə - 2,2 milyon dollara, dəridən olan geyim dəsti isə 18 min dollara satılıb.

Qeyd edək ki, piano 1975-ci ildən 1991-ci ilə qədər musiqiçidə olub.