1991-ci ildə vəfat edən İngiltərənin məşhur “Quenn” qrupunun üzvü Freddi Merkurinin üzərində pişiklərinin portretləri əks olunan jileti satılıb.
Axşam.az xəbər verir ki, geyim hərracda 139,7 min funt sterlinqə alıcısına təqdim olunub. Həmçinin, hərracda müğənninin "Somebody To Love" (241,3 min funt sterlinq), "Killer Queen" (279,4 min funt sterlinq) və "We Are the Champions" (317,5 min funt sterlinq) mahnılarının əlyazmaları da satılıb. Ən bahalı əlyazması isə “Bohemian Rhapsody” olub ki, hərracda 1,379 milyon funt-sterlinq qarşılığında alıcıya təqdim edilib.
Qeyd edək ki, jiletin üzərində Freddinin 6 pişiyinin portreti əks olunub. O, jileti “These days of our life”ın çəkilişlərində geyinib.
