Türkiyəli aktrisa Perihan Ünlücan ölkədəki ev qiymətlərindən, kirayə haqlarından narazıdır.
Axşam.az xəbər verir ki, aktrisa 3 il ərzində üç ev dəyişdirmək məcburiyyətində qaldığını açıqlayıb.
"İnanılmaz dərəcədə daşınmaz əmlak böhranı var. Ev sahibləri mənzillərini xarici vətəndaşlara vermək istəyir. Öz ölkəmizdə ev kirayələmək imkanımız yoxdur" deyə, Perihan vurğulayıb.
Qeyd edək ki, aktrisa "Arka sokaklar" serialındakı Başak obrazı ilə tanınır.