Suada və Kristoferin Malibu - Fotoları

Suada və Kristoferin Malibu - Fotoları
1835 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını yayımlayıb.

Axşam.az xəbər verir ki, cütlük Malibuya yollanıb. Onlar gün batımında obyektiv qarşısına keçərək, səmimi şəkillər çəkdiriblər. 

Suada paylaşımına "Odlu gün batımı, ərimiş ürəklər. Çiskin, qara buludların arxasında gizlənməyə çalışan günəş altında Malibu çimərliyi... Burada gün batımını seyr etmək və dəniz məhsullarının dadına baxmaq... Sevgi havadadır" sözlərini yazıb. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb.