Əsgərliyə getməmək üçün Rusiyanı tərk etdi

Əsgərliyə getməmək üçün Rusiyanı tərk etdi
1871 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur reper və tiktoker Danya Miloxin hərbi xidmətə çağırışdan sonra yenidən vətənini tərk edib.

Axşam.az xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina məlumat yayıb.

O bildirib ki, Danya Miloxin dünən ilk reyslə son vaxtlar yaşadığı Dubaya uçub.

Qeyd edək ki, Mizulina daha əvvəl tiktokerin orduya çağırılması barədə müraciət etmişdi.

Xatırladaq ki, Danya 2020-ci ilin oktyabrında Rusiyanın "Forbes" jurnalında ən çox qazanan tiktokerlər siyahısında 6-cı yerdə qərarlaşmışdı.