"Disney"in ofisini siçanlar basdı, işçilər təxliyə olundu

"Disney"in ofisini siçanlar basdı, işçilər təxliyə olundu
554 dəfə oxunub
  • A-
  • A
  • A+

"Disney"in ofisini siçanlar və birələr basıb.

Axşam.az xəbər verir ki, məşhur yayım şirkətinin Nyu-Yorkdakı baş qərargahının əməkdaşları bu səbəbdən təcili olaraq binadan təxliyə ediliblər.

Ofisin əməkdaşlarına göndərilən mesajda binanın beşinci mərtəbəsinin - reklam departamentinin əməkdaşlarının binadan çıxması gərəkdiyi ilə bağlı mesaj göndərilib.

Hazırda məsələ ilə bağlı işlər davam etdirilir. Əməkdaşların işlərinə nə vaxt qayıda biləcəkləri məlum deyil.