Rusiyalı müğənni Olqa Buzovanın Çelyabinskdə konserti ləğv edilib.
Axşam.az xəbər verir ki, ifaçının çıxışı konsertdən bir neçə gün əvvəl təxirə salınıb. Təşkilatçıların sözlərinə görə, şounun ləğvi texniki səbəblərdən irəli gəlir.
Konsertə bilet alanlara pulun geri qaytarılacağı bildirilib.
Qeyd edək ki, mayda da Buzovanın İsrailin Hayfa və Beerşeba şəhərlərindəki konsertləri Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda ləğv olunmuşdu.