Rusiyada vatsap da bloklana bilər.
Axşam.az xəbər verir ki, bu haqda Dövlət Duması məlumat yayıb. Bildirilib ki, buna səbəb platformanın ölkədə anonim kanallar funksiyasını işə salmasıdır.
"Əgər "Meta" şirkətinə bağlı platforma informasiyanın kütləvi yayılması istiqamətində funksionallığını genişləndirməyə başlayarsa, onun Rusiyadakı fəaliyyəti ilə bağlı rəsmi mövqeyə yenidən baxıla bilər" deyə, rəsmi məlumatda əks olunub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda ölkədə feysbuk və instaqram da bloklanıb.