Xəyanət iddialarından sonra ilk dəfə açıqlama verdi

Xəyanət iddialarından sonra ilk dəfə açıqlama verdi
1658 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Hira Koyuncuoğlu 3 illik sevgilisi, aktyor Burak Berkaydan ayrılıb.

Axşam.az-ın məlumatına görə, iddialar arasında aktyorun Hiraya aktrisa Özge Yağızla xəyanət etməsi olub. Məsələ ilə bağlı ilk dəfə şərh verən aktrisa "Bu mövzu ilə əlaqədar çox danışmaq istəmirəm. Çünki bir az incinmiş və kədərliyəm. Mənim üçün çox çətin dönəmdir. Ona görə də çox şey dəmək istəmirəm" deyə, bildirib. O, xəyanət iddiaları ilə bağlı sualları isə cavabsız qoyub.

Qeyd edək ki, cütlüyün ayrıldığı ərəfədə Özge də aktyor Gökberk Demircidən ikinci dəfə ayrılıb.

Özge və Burak hazırda "Safir" serialında rol alırlar.