"Yeşilçam"ın əfsanəsi müalicə almaqdan imtina edir

"Yeşilçam"ın əfsanəsi müalicə almaqdan imtina edir
1146 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il sirroz olduğu ortaya çıxan 63 yaşlı türkiyəli müğənni-aktrisa Harika Avcı müalicədən imtina edir.

Axşam.az xəbər verir ki, bunu aktrisanın mənəvi oğlu Harun Başal açıqlmasında təsdiqləyib. O, Harikanın həm ruhən, həm də fiziki olaraq narahatlıqlarının olduğunu bildirib:

"Heç kimlə görüşmək istəmir. Evdən çıxmır. Müalicə almalıdır, lakin bunu rədd edir".

Qeyd edək ki, "Yeşilçam"ın əfsanəsi hesab edilən Harika 2015-ci ilin 13 iyulunda hotel otağında tapançayla vurulmuş halda tapılmışdı. 2 güllə yarası alan Avcının intihara cəhd etdiyi deyilsə də, o, sonra "səhvən oldu" demişdi.