Şəhzadə Diananın ağ və 1 qara qoyun naxışlı qırmızı sviteri "Sothebys" hərrac evi tərəfindən satışa çıxarılıb.
Axşam.az xəbər verir ki, "Warm & Wonderful" brendinə məxsus üst geyimi Nyu-Yorkda 1,14 milyon dollara (təxminən 1 milyon 937 min 168 manat) satılıb. Alıcının kimliyi açıqlanmayıb.
Qeyd edək ki, ilk dəfə 1981-ci ilin iyununda Diana bu sviterdə gələcək əri Şahzadə Çarlzla idman oyunlarına qatılmışdı.