Türkiyəli aktrisa Ceyda Düvencinin yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Saklambaç" serialında rol alacaq. O, layihədə "Filiz" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Uraz Kaygılaroğlu ilə Cemre Baysel paylaşacaq.