Hakan Pekerin konsertində afişa qalmaqalı

Hakan Pekerin konsertində afişa qalmaqalı
909 dəfə oxunub
  • A-
  • A
  • A+

Safranbolu bələdiyyə sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayan Hakan Peker sentyabrın 30-da həmin yerdə xalq konserti verməyi planlaşdırır.

Axşam.az xəbər verir ki, sənətçi bölgədə reklam lövhələri asmaq istəyib. Hakan bildirib ki, bələdiyyə tərəfindən ona mane olmağa çalışıblar. 

Hakan dəstək toplamaq üçün işlərə başlayıb. Onun ilk addımı isə konsert olub. İddiaya görə, Safranbolu Bələdiyyəsinin işçiləri əvvəlcə sənətçiyə “Bütün reklam lövhələri boşdur, hamısı uyğundur” deyib. Lakin səhəri gün Peker rüsum ödəməyə gedəndə “Qəbiristanlıqla üzbəüz bir reklam lövhəsi boşdur, rəqəmsalların hamısı təmirdədir, sizə kömək edə bilməyəcəyik” cavabı ilə qarşılaşıb.

Onun qarşısını Safranbolu Bələdiyyə Başçısı Elif Köse aldığını iddia edən Hakan Peker “Bələdiyyə sədri Köse öz qorxusu, mənliyi və təkəbbürü üçün Safranbolu camaatının pulsuz konsert dinləmək hüququnu əlindən aldı” deyib.