İrina Şeykin səhnədəki halı hamını təəccübləndirdi - Foto

İrina Şeykin səhnədəki halı hamını təəccübləndirdi - Foto
1768 dəfə oxunub
  • A-
  • A
  • A+

Supermodel İrina Şeyk Londonda keçirilən "Mowalola" moda nümayişində gözü qara və burnu sınmış vəziyyətdə görünüb.

Axşam.az xəbər verir ki, izləyicilər ilk baxışda modelin halına görə narahat olublar. Daha sonra isə bunun makiyajla edildiyi bildirilib. Nümayişin konsepsiyasına uyğun olaraq makiyajla 37 yaşlı modelin gözlərinin altı göyərdilmiş, burnu isə qırıq formaya gətirilib. 

Podiumda İrinanın nümayiş etdirdiyi geyimlərdən çox makiyajı diqqət çəkib. London Moda Həftəsininin açılış həftəsi də elə Şeykin bu obrazı ilə yadda qalıb. Bir çoxları bunu qadın zorakılığına etiraz kimi qarşılasa da, çoxları tənqid edib.