Türkiyəli aktrisa Ceyda Düvenci xəstəxanalıq olub.
Axşam.az xəbər verir ki, "Bambaşka sohbetler" proqramına qonaq olan aktrisanın vəziyyəti pisləşib. Xəstəxanaya yerləşdirilən Ceydaya tənəffüs yollarının iltihabı diaqnozu qoyulub. O, daha sonra xəstəxandan evə buraxılıb.
Qeyd edək ki, Ceyda hazırda həyat yoldaşı, aktyor Bülent Şakrakla boşanma ərəfəsindədir. İkili 2015-ci ildən ailəlidir və bir oğulları var. Bundan başqa, aktrisanın ilk evliliyindən bir qızı da var.