Vatsap digər messencerlərdən mesajları qəbul edəcək - Foto

Vatsap digər messencerlərdən mesajları qəbul edəcək - Foto
5682 dəfə oxunub
  • A-
  • A
  • A+

Vatsap Avrop Birliyininn “Rəqəmsal bazarlar haqqında” yeni qanununa əməl etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.

Yeni qanunla müxtəlif mesajlaşma platformaları bir-birinə uyğunlaşdırılacaq. Bununla da vatsapda digər messencerlərdən mesaj qəbul etmək və göndərmək mümkün olacaq.

Artıq vatsapın "Android" tətbiqinin ən son beta versiyasında “Üçüncü tərəf söhbətləri” adlı bölmə də yer alıb. Onu hazırda sınaqdan keçirmək mümkün deyil.

Yeniliyin 6 ay ərzində messencerin "Android" və "iOS" versiyalarında istifadəyə veriləcəyi gözlənilir.