Məşhur müğənni Keti Perrinin keçmiş həyat yoldaşı, komediyaçı Russell Brand haqqında yeni iddia ortaya çıxıb.
Axşam.az xəbər verir ki, "The Times" təcavüzdə ittiham olunub. Belə ki, sayt onun tərəfindən zorakılığa məruz qaldığını iddia edən dörd qadının hekayəsindən ibarət böyük bir məqalə dərc edib.
Zərərçəkmişlərin sözlərinə görə, bütün zorakılıq halları 2006-2013-cü illərdə baş verib. Xatırladaq ki, 2010-2011-ci illərdə komediya aktyoru Keti Perri ilə evli olub. Məqalənin qəhrəmanlarından biri Rasselin Los-Ancelesdəki evinin divarının yanında onu zorladığını bildirib. İkincisi, üç ay ərzində aktyorla fiziki və ruhi zorakılıqla dolu münasibətdə olduğunu söyləyib. Həmin vaxt qızın 16 yaşı olub.
Digər qurban isə aktyorun komandasında çalışan olub. Dördüncünün ifadəsi də əvvəlki qurbanların sözləri ilə üst-üstə düşüb. Komediyaçı özü isə bütün ittihamları rədd edərək, münasibətlərinin konsensual olduğunu söyləyib. Buna baxmayaraq, iri agentliklər artıq onunla müqavilələri pozmağa başlayıblar.