Növbəti döyməsini də Viktoriyaya həsr etdi

Növbəti döyməsini də Viktoriyaya həsr etdi
1025 dəfə oxunub
  • A-
  • A
  • A+

48 yaşlı Devid Bekhemin bədənində artıq 60-a yaxın döymə var. O, növbəti döyməsini isə bu günlərdə etdirib. 

Axşam.az xəbər verir ki, keçmiş futbolçunun sol əlinin barmağında azarkeşlər yeni bir döymə görüblər. O, barmağına "Posh" sözü yazdırtdırıb.

Sözün mənasına gəldikdə isə, izləyicilər bunu qısa bir vaxtda tapa biliblər. Belə ki, "Posh" Devidin xanımı Viktoriya Bekhemin "Spice Girls" qrupundakı ləqəbi olub. 

"The Sun"a açıqlama verən Devid bu iddiaları təsdiqləyib. O, döyməni xanımına həsr etdiyini bildirib. O, əlavə edib ki, bədənindəki döymələrin hamısını ailəsinə həsr edib.